Silah » MAQATE: İran nüvə silahı istehsalı üzərində işləyib

Atom agentliyi İslam Respublikasının nüvə silahı hazırladığını iddia edir

Atom enerjisi üzrə beynəlxalq agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabatını bu gün açıqlayıb. “Reuters” agentliyinin məlumatına görə, hesabatda bildirilir ki, İran 2003-cü ilədək nüvə silahının yaradılması ilə məşğul olub və oxşar fəaliyyət bu gün də davam etdirilə bilər-"anspress" "gazeta"ya istinadən xəbər verir.

Rəsmi Tehran isə AEBA-nın bəyanatının uydurma və əsassız olduğunu bəyan edib. İran əvvəllər dəfələrlə bildirib ki, dinc nüvə proqramı ilə məşğuldur və nüvə silahı hazırlamır.

Azərbaycanın cənub qonşusu ilə bağlı son proseslərə şimal qonşumuz Rusiya dərhal reaksiya verib. Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşridilmiş bəyanatda deyilir ki, İranın nüvə proqramı ilə bağlı problemlər ətrafında yeni gərginlik mənbəyi yaradılıb. Rəsmi Moskva AEBA-nın hesabatını tənqid edib.

Əvvəlcədən bildirilir ki, AEBA-nın gəldiyi nəticə dünya ictimaiyyətini İranın nüvə silahına malik olmasına inandırmağa çalışan Qərbə bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək imkanı verəcək. ABŞ Dövlət Departamenti artıq bəyan edib ki, İrana qarşı təzyiqləri gücləndirəcək. Bununla belə, Vaşinqton Tehranla hərbi münaqişəyə can atmadığını da xatırladıb. Pentaqon isə İranı ABŞ üçün Yaxın Şərqdə “ən böyük təhlükə” adlandırıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!