Silah » İran kosmik müdafiə sistemi qurub

"Bizə qarşı tətbiq edilən bütün sanksiyalar və embarqolara rəğmən, kosmik müdafiə sistemini də qurduq"

Milli.Az xəbər portalı "Fars"a istinadən bildirir ki, İrandakı "Xatəmül Ənbiya" hava hücumundan müdafiə bazasının komandiri, general Fərzad İsmayılinin dediyinə görə, ölkənin hərbi-sənaye kompleksi kosmosda da müdafiə və ən başlıcası, "düşmən peyklərinə hücum" üçün nəzərdə tutulmuş sistemi işə salıb.

"Başqa sözlə desək, bundan sonra kosmosda düşmənin kəşfiyyat və hərbi peyklərini vuraraq sıradan çıxara biləcəyik. Bizə qarşı tətbiq edilən bütün sanksiyalar və embarqolara rəğmən, kosmik müdafiə sistemini də qurduq", - İsmayıli deyib.

Onun sözlərinə görə, "Qalaktik radarlar" adlanan sistemin özəyini təşkil edən lokasiya qurğuları ilə düşmənin GPS naviqasiya sistemlərini də sıradan çıxarmaq, peyklərlə yanaşı, təyyarələr, gəmilər və raketlərin idarəetmə sistemlərində ciddi problemlər yaratmaq mümkündür.

"Düşmənin bizə atdığı ballistik raketi hələ ki, havada vura bilmirik. Amma o raketin uçuş istiqamətini çox asanlıqla dəyişə bilərik", - general İsmayıli deyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!