Dünyada » Nyu-York polisi etiraz aksiyasının 70 iştirakçısını həbs edib

Nyu-York polisi "Uoll Striti zəbt et!" şüarı altında keçirilən növbəti etiraz aksiyasının 70 iştirakçısını həbs edib

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayişçilər ABŞ hökumətinin iqtisadi siyasətinə etiraz şüarları altında yürüş keçiriblər. Polis Manhettendə keçirilən mitinq zamanı onlarla etiraz aksiyası iştirakçısını həbs edib. Ümumilikdə aksiyada 5 min insan iştirak edib.
Bildirilir ki, etiraz aksiyaları ABŞ-ın Denver, Sietl, San-Diyeqo şəhərlərində keçirilib.
San-Diyeqo şəhərində aksiya iştirakçıları avtomobil yollarını bağlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!