Silah » İran ordusunu super müasir radarlarla təchiz edib

Bu radarlar pilotsuz uçan aparatları aşkar edib, məhv etmək qabiliyyətinə malikdir

İran hərbi sənayesini təkmilləşdirmək prosesini davam etdirir. İslam ölkəsi havadan müdafiə sistemlərini mükəmməlləşdirərək ordusunu super müasir radarlarla təchiz edib. Belə ki, bu radarlar pilotsuz uçan aparatları aşkar edib, məhv etmək qabiliyyətinə malikdir-ANS PRESS xəbər verir.

İran KİV-nin məlumatına görə, havadan müdafiə sistemləri naziri Farzel İsmaeli telekanalların birində çıxışı zamanı deyib ki, keçmişdə İran ordusunda pilotsuz təyyarələri aşkar etmək mümkün deyildi. Lakin indiki sistem İranın hava məkanına daxil olan istənilən obyekti müəyyən etməyə imkan verir.

İran silahlı qüvvələrinin istifadəyə buraxdığı radar 2900 km uzaq məsafədə yerləşən uçan aparatı müəyyən edə bilir. Təxminən 8 ay bundan öncə İran bildirmişdi ki, hava məkanında daxil olan iki Amerika pilotsuz təyyarəsini vurublar. Lakin Pentaqon həmin məlumatı təkzib edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!