Silah » Türkiyə Ruslardan vertolyot alır
Türkiyə, Rusiyadan orta və qısa mənzilli hava müdafiə etmə sistemi və döyüş vertolyotları almağı planlayır.


313NEWS.NET-in Türk mətbuatına istinadən verdiyi xəbərə görə,Rusiya silah ixracat şirkəti Rosoboronexport sözcüsü Anatoli Aksenov Türkiyənin Rusiyadan orta və qısa mənzilli hava müdafiə etmə sistemi və döyüş vertolyotları almağı planladığını açıqladı.

Rusiyanın İstanbulda 27-30 Apreldə reallaşacaq IDEF 2009 silah sərgisində 120 modelləşdir qatıldığını ifadə edən səlahiyyətli, "Türkiyə Rusiyadan silah alışı mövzusu ilə yaxından maraqlanır. Sərgi sonrası iki ölkə arasında müxtəlif razılaşmaların imzalanmasını gözləyirik."- dedi.

Türkiyənin 1 milyard dollar dəyərində 32 ədəd- Mİ-28 Havoc model döyüş vertolyotu almaq istədiyi mətbuatda bildirilir. Türkiyənin NATO üzvü bir ölkə olmasına qarşı fevral ayında bir araya gələn Rus və Türk müdafiə etmə nazirləri ikili əlaqələrin inkişaf etdirilməsi mövzusunda fikir birliyinə varmışdı.

313NEWS.NET

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!