8 Sentyabr, 2011
Qəzzafi danışmağa davam edir

Müəmmar Qəzzafi Suriyanın Ər-Ray TV kanalına zəng edərək NATO qüvvələrini və qiyamçıları məhv edəcəyinə söz verib

SalamNews-un SkyNews-a istinadən verdiyi xəbərə görə, o, həbs edilməsi ilə bağlı yaılan şayələri rədd edərək bildirib ki, müqavimət hərəkatı tədricən artacaq. ''Gənclər artıq «siçovullara» qarşı müqavimət hərəkatına başlamağa hazırdır'',- Qəzzafi deyib.

O, Niger və Fransa hərbi mənbələrinin yaydığı məlumatı da şərh edərək bildirib ki, hərbi konvoyun Nigerin Aqadeze şəhəri yaxınlığında görünməsi adi haldır. ''Bu birinci dəfə deyil ki, bizim konvoy Niger sərhəddini keçir'',- keçmiş Liviyanın devrilmiş lideri deyib.

Qəzzafinin çıxışı müxalif qüvvələrin onu mühasirəyə aldıqları barədə bəyan yaymaları ilə eyni vaxta düşüb. Hazırda onun harda olması barədə məlumat verilməsə də zəngin Liviya ərazisindən edildiyi güman edilir.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!