Yaxın şərq » Türkiyədə başörtüyü qadağasının ləğvini qəbul etməyən rektorlar cəzalandırılacaqlar

Yüksək Öyrətim Kurulunun (YÖK) başörtüyü qadağasının ləğv edilməsi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, bəzi universitetlər hicab qadağasının davam etdirilməsində israrlıdır

SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu bütün ölkədə tətbiq olunsa da, Ortadoğu Texniki Universiteti (ODTÜ) və Ankara Universiteti buna əməl etmir.

Ankara Universiteti cox maraqlı qərar qəbul edib. Qeydiyyat zamanı "başı açıq foto" şərtini yerinə yetirən universitet rəhbərliyi bildirib ki, biz biometrik foto istəyirik. Biometrik fotoda isə baş açıq olmalıdır.

Ortadoğu Texniki Universiteti (ODTÜ) də bu qərarı dəstəkləyib.

YÖK isə qadağanı davam etdirən universitet rektorlarına qarşı sərt sanksiyalar tətbiq edələcəyini deyib. İlk olaraq xəbərdarlıq edilərək rektorlardan buraxılan səhvin düzəldilməsini istəyəcək. Buna əməl etməyən rektorlarl “Dövlət məmurları haqqında” qanun çərçivəsində cəzalandırılacaq.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!