Yaxın şərq » Minlərlə misirli Səudiyyə Ərəbistanı və İsrail səfirlərinin ölkədən çıxarılmasını tələb edir

Minlərlə misirli Səudiyyə Ərəbistanının yürütdüyü siyasətə qarşı küçələrə çıxıb

Onların əsas tələbləri Səudiyyə Ərəbistanı və İsrail səfirlərinin ölkədən çıxarılmasından, həmçinin həcc və ümrənin baykot edilməsindən ibarətdir.

SalamNews-un Mehrnews-a istinadən verdiyi xəbərə görə, dünən qəzəbli kütlə Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan yüzlərlə misirlinin azadlığa buraxılması tələbi ilə bu ölkənin Qahirədəki səfirliyinin qarşısına yığışıb. Səfir Əhməd Abdulla Əziz Qatan təhlükəsizlik xidməti əməkdaşlarının köməyi ilə səfirlik binasını tərk edib.

Xatırladaq ki, bir neçə gün öncə Ciddə aeroportunda xoşagəlməz hadisə baş verib. 4500 misirli zəvvar üç gün aeroprtda saxlanılıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!