Bəzi adamlar hətta göydələnlərdəki mənzil və ofislərini tələsik tərk edərək təyyarənin uzaqlaşmasını gözləyiblər – onlar 11 sentyabr terrorunun təkrarlanmasından qorxublar.
Sonradan məlum olub ki, «Boinq-747» Amerika prezidenti Barak Obamaya məxsusdur. Təyyarə şəhərin mərkəzi hissəsinin, o cümlədən Manhettenin video çəkilişini aparırmış.
Sonradan Ağ Ev buna görə üzr istəyib. Deyib ki, şəhər rəsmiləri xəbərdar edilibmiş. Amma şəhər meri Blumberq deyib, məlumat polisə verilib, ona zəng etməyi unudublar. O bilsəydi, buna imkan verməzdi. /Azadlıq Radiosu/