Yaxın şərq » Netenyahu nazirlərə Palmer hesabatı və Türkiyə haqqında danışmağı qadağan edib

İsrail Palmer hesabatının mətbuata yayılması ilə əlaqədar rəsmi açıqlamasında “Çox pis olduq, amma üzr istəməyəcəyik” deyib

Adını vermək istəməyən səlahiyyətli şəxslər isə Türkiyəni günahlandırıblar.

BMT-nin "Mavi Mərmərə" hesabatını məmnuniyyətlə qarşılayan İsrail, hesabatla əlaqədar rəsmi açıqlamasında deyib: "İsrail yəhudi və türk xalqları arasında keçmişdə və indi tarixi əlaqələrin əhəmiyyətli olduğunu çox yaxşı bilir. İsrail dövləti münaqişənin həlli yolunun tapılacağına ümid bəsləyir və bunu reallaşdırmaq üçün hərəkət etməyə davam edəcək. İsrail Türkiyənin Aralıq dənizinə çıxışı olan dənizlərlə bağlı beynəlxalq qanunlara hörmət göstərəcəyini düşünür. İsrail yenə də "Mavi Mərmərə"də yaşanan can itkiləri səbəbi ilə kədərini vurğulayır, lakin, bu hərəkat üçün üzr istəməyəcək”.

SalamNews-un “Milliyyət”ə istinadən verdiyi xəbərə görə, İsrail mətbuatı Baş nazir Binyamin Netanyahunun mövzunun həssaslığı səbəbi ilə nazirlərə Palmer hesabatı və Türkiyə ilə əlaqələr mövzusunda danışmamaq təlimatını verib.

İsrail xəbər saytı “Ynet”ə açıqlama verən israilli nazir deyib: "Türkiyə ilə yaşanan son böhran münasibətlərin pisləşməsinə səbəb olan siyasətin nəticəsidir. Üzr istəməyəcəyik, lakin Türkiyə ilə münasibətlərin pisləşməsinin təsirini hələ uzun müddət üzərimizdə hiss edəcəyik. Bu mövzuda ciddi bir problemimiz var”.

İsrailin müdafiə qüvvələrini təmsil edən şəxs isə basqında iştirak edənlərin həddindən artıq güc istifadə etdiyi ifadəsini tənqid edərək söyləyib: "Bir hadisə bitdikdən sonra onu analiz etmək və nə etmək lazım idi demək çox asandır. İsrailin müdafiə qüvvələri və dəniz qüvvələri lazımi nəticələri çıxardı, lakin gələcəkdə baş verəcək hadisələrdə İsrail əsgərlərinə hücum edilərsə, ölənlərin və ya yaralananların olmayacağına zəmanət verə bilmərik".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!