Yaxın şərq » Türkiyə İsrail münasibətlərində tarixi qərar

Səfir geri çağrılır, hərbi razılaşmalar dondurulur

Türkiyə-İsrail münasibətlərində tarixi qərar verilib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə arasında diplomatik münasibətlərin ikinci katib səviyyəsinə endiriləcəyini və bütün hərbi razılaşmaların dondurulduğunu deyib. Başda səfir olmaqla səfirliyin digər işçiləri ölkələrinə geri dönəcəklər.

Nazir BMT-nin mətbuata sızan "Mavi Mərmərə" donanması ilə bağlı hesabatla bağlı da açıqlama verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlu İsrailin törətdiyi cinayətin adi iş olmadığını bildirib: "Silahsız insanlara atəş açıb, onları qətlə yetirmək bəşəri cinayətdir. İsrail beynəlxalq sularda hərbi cinayət törədib".

Onun sözlərinə görə, İsraillə müxtəlif vaxtlarda 4 dəfə görüşərək onlara tələblərini çatdırıblar: "Tələblərimiz bəllidir və yerinə yetirilmədikcə İsraillə münasibətlər normallaşmayacaq".

XİN rəhbəri ölkəsinin İsrailin Qəzzaya tədbiq etdiyi embarqonu tanımadığını, eləcə də İsrailin Azadlıq donanmasındakı gəmilərə basqını nəticəsində türk və digər ölkələrdən olan zərərçəkənlərə məhkəmələrdə istənilən növ dəstək göstərəcəklərini qeyd edib.

Qeyd edək ki, BMT-nin İsrailin Qəzzaya humanitar yardım apararkən İsrailin hücumuna məruz qalan "Azadlıq donanması"na hücumunu araşdıran komissiyası işini yekunlaşdırıb. Bu gün münaqişənin hər iki tərəfinin fəaliyyətini qiymətləndirən 105 səhifəlik hesabat elan ediləcək. Sənəd elan edilməmişdən öncə onun sürəti "The New Times" qəzetinə düşüb.

Komissiya "Mavi Mərmərə" gəmisinə hücum edən israillilərin gəmi sərnişinlərinin silalı müqavimətlə üzləşdikləri üçün özlərini müdafiə məqsədilə gücdən istifadə etdikləri qənaətinə gəlib.

Bununla belə, İsrail tərəfindən zorakılıq hərəkətləri "həddindən artıq lazımsız və məntiqsiz" adlandırılıb, hərbçilərin sərnişinlərlə münasibəti isə təhqiredici adlandırılıb.

Hesabatın müəllifləri İsrailə silahlı basqın zamanı türk vətəndaşlarının öldürülməsi ilə bağlı üzrxahlıq etməyi və onların ailə üzvlərinə kompensasiya verməyi təklif edib.

Hesabat bir neçə ay öncə hazırlanıb. Lakin onun nəşr edilməsi bir neçə dəfə təxirə salınıb. Buna səbəb kimi isə Türkiyə və İsrail arasında dialoq cəhdini dayandıra biləcəyi göstərilib.

Hadisənin araşdırılması ilə bağlı komissiya ötən ilin avqust ayında yaradılmışdı.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!