İraq paytaxtı Bağdadın qərbindəki Ümm əl Kürə məscidində baş vermiş partlayış nəticəsində 28 nəfər həlak olub, 37 nəfər yaralanıb
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Bağdadın ən iri sünni məscdindəki terakt nəticəsində yaralananlar arasında Sünni Vəqfinin rəhbəri Əhməd Əbdel Afur əs Səmarai də var. Onun müavini Xalid əl Fəhdaui isə həlak olub.
Partlayış dünən, axşam namazında baş verib.
Bu məsciddə İraqın ən iri sünni təşkilatı olan İslam Üləmaları Cəmiyyətinin mənzil-qərargahı yerləşir.