Liviya diktatoru devrilmək üzrədir
Liviyanın 42 illik lideri Müəmmar Qəddafi rejiminin nəzarətindəki paytaxt Tripolinin 95 faizi müxalifətin əlinə keçib. Triploidə Yaşıl Meydanda bayram ab-havası hökm sürür. Sevinc əhval-ruhiyyəsi üsyanın başladığı Benqazidə ən yüksək səviyyədə hiss olunur.
SalamNews İHA-ya istinadən xəbər verir ki, Benqazidə yaşayanlar rejimə qarşı şüarlar səsləndirərək, üsyanın mərkəzi sayılan Azadlıq meydanına axın ediblər. Buraya toplaşan xalq Qəddafi hökumətindən öncəki dövrə aid bayraqlarla sevinclərini nümayiş etdiriblər. Xalqın sevinc çoşqusu qutlamalarında qarşıdurma yaranmayıb.