İspaniya Xarici işlər Naziri Trinidad Jimenez, "Fələstin dövlətinin tanınması ilə bağlı addım atılmasının zamanının gəldiyini" ifadə etdi.
Fələstin dövlətinin tanınması üçün bir neçə ildir həll axtarıldığını deyən Jimenez, belə danışdı:
"Bu istiqamətdə irəliləməyə doğru addım ata bilmək üçün lazımi şəraitin indi meydana gəldiyinə inanıram. İsrail və Fələstin arasında dialoq olmazsa, praktikada müsbət nəticələrin olması mümkün deyil. Buna baxmayaraq iki tərəfi də paytaxt, sərhədlərin və mühacirlər kimi tanınmanın nəticələrini müzakirə etməyə dəvət edirik. İndi fələstinlilərin dövlət ola bilmə ümidlərinin gerçək ola biləcəyinə bağlı bir hiss var."
İsrail-Fələstin qarşıdurmasının çox uzun zaman davam etdiyini və bir neçə ayda həll ediləcək bir məsələ olmadığını vurğulayan İspaniya Xarici işlər Naziri, "Bir işarə vermək lazımdır. Yoxsa Fələstin xalqında böyük bir xəyal qırıqlığı meydana gələcək. Onlar da Ərəb dünyasında bu anda yaşayan demokratikləşmə və azadlıq gözləntilərinin bir parçası olmaq istəyirlər" dedi.