Dünyada » Cənnət axtarışı ilə 28 il kosmosda

 

NASA cənnət axtarışına çıxardığı başqa bir kosmonavt barədə məlumata da münasibət bildirmir. Sən demə, amerikalı astronavt Çarlz Hinson düz 28 il kosmosda qalıb!

 

 

NASA-nın qeyri-rəsmi əməkdaşları iddia edirlər ki, belə bir məlumatdan söhbət gedə bilməz. Təşkilatın rəsmi nümayəndəsi isə bunu deyir: “Kosmik gəminin komandiri Çarlz Hinsonla əlaqəni biz startdan 3 saat 58 dəqiqə keçəndən sonra itirdik. Tapşırıq gizli olduğu üçün biz ictimaiyyətə bu barədə açıqlama verə bilməzdik. Sənədlərdə Çarlz Hinson itkin düşmüş şəxsdir. Bu, 1991-ci il mart ayının 26-a qədər belə idi…”

Həmin yaz günü, astronavtın kosmosda yoxa çıxmağından düz 28 il sonra Amerika hərbi-dəniz hissəsi Ç.Hinsonun radioqramını qəbul etdi. Bu hadisədən sonra astronavt okeanda, “Cemini” kapsulunun bortunda tapıldı.

Sual yaranır – yanında yemək, su, yanacaq ehtiyatı olmayan astronavt kosmik ənginlikdə necə sağ qala bilər? Belə bir şey hansısa “möcüzəli” qüvvələrin köməyi olmadan mümkün deyil.

Bu sirli məsələ barədə NASA-nın heç bir rəsmi açıqlaması yoxdur. Astronavtın olduğu kosmik gəmini fəzaya hərbçilər buraxıb, buna görə hər şey sirr pərdəsinə bürünüb. Bu hadisəyə dəxli olan bütün sənədlər arxivlə birlikdə yoxa çıxıb. Hətta yaşlı əməkdaşların onu şəxsən tanıdıqlarına baxmayaraq, Hinsonun NASA-nın əməkdaşı olduğu barədə rəsmi sənəd belə yoxdur. Çarlz Hinson karantini Kaliforniyadakı Edvards aviabazasında keçib. Astronavt və “Cemini” diqqətdə tədqiq olunub. Məxsusi bu məsələ üçün təşkil olunmuş psixoanalitiklər qrupu Hinsondan onun fantastik səfəri barədə məlumat almağa çalışıb.

NASA-nın rəsmi nümayəndəsi müxbirlərə Hinsonun fiziki cəhətdən özünü çox yaxşı hiss etdiyini, amma psixoloji oriyentiri itirdiyini deyib: “O, xeyli müddətdir ki, Yerdə keçirmədiyi zamanların hesabatını verə bilmir. Astronavtın psixoloji vəziyyətinə baxanda hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümid etmək qalır. Onun sözlərini bir-biri ilə əlaqələndirmək mümkün deyil. Bu qədər vaxtı harada keçirməsi, kosmos sakinləri və ya hansısa qeyri-adi qüvvələrlə əlaqədə olduğu ilə bağlı suallara Hinson bircə cavab verir: “Bir də heç vaxt!... Siz başa düşməlisiniz!.. Onlar bizim düşmənimizdir!” başqa suallar isə onda isterika yaradır, o ağlayıb, özündən gedir”.

Məşhur polyak cadugəri Kşiştof Bullışko o vaxt kütləvi informasiya vasitələrinə xəbər vermişdi ki, astronavt tezliklə danışacaq və onun dedikləri hamını şoka salacaq.

Əbədi sükut

Amma artıq xeyli müddət keçib. 28 il kosmosda qalan astronavt isə hələ də susur. Onun haqqında daha heç bir məlumat da yoxdur. Bəlkə də bu onun kosmosda cəhənnəmi və ya məhşəri tapması ilə bağlıdır? Ola bilər ki, Hinson cənnətə də gedib çıxsın. Bir halda ki, o Yer üzünə təzədən qayıda bilib… Amma o cənnət haradadır? Və əgər ora doğrudan da cənnətdirsə, astronavt niyə “Bir də heç vaxt!” deyirdi?..

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!