Pakistan İrandan təbii qazın nəqli üçün çəkiləcək kəmərin tikintisi üçün yerli banklardan 300 milyon dollar kredit götürməyi planlaşdırır
SalamNews-un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, qaz kəməri "Cənubi Pars" yatağından (dünyada ən iri qaz yatağı) Belucistan vilayəti ərazisindən keçərək Pakistana çatdırılılacaq.
Inter State Gas Systems Ltd. Şirkətinin baş direktoru Mobin Solat bildirib ki, yerli banklar 1,3 milyard dollar dəyərində olan qaz kəmərinin çəkilişinə 210 milyon dollar vəsait ayıracaqlar.
Məbləğin qalan hissəsi üçün Pakistan digər şirkətlərə, o cümlədən "Qazprom"a müraciət edə bilər.
Xatırladaq ki, enerji daşıyıcılarının çatışmazlığı səbəbindən ölkənin iri şəhərlərinə elekltrik enerjisinin verilişi 50% azaldılıb.