Dünyada » Rusiyada azərbaycanlılarla ermənilər arasında dava düşüb

Lakin polis davanın böyüməsinin qarşısını alıb.

Bu gün gecə radələrində Rusiya Daxili İşlər Nazirliyinin Kirov şəhəri üzrə Baş İdarəsinə Ulyanovsk küçəsində yaşayan sakinlərdən bir qrup gənc insanın mübahisə etməsi, bir-birinə daş atması və aralarında davanın yetişməsi barədə məlumat daxil olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları əməkdaşlarının dərhal hadisə yerinə gəlməsi nəticəsində yetişməkdə olan münaqişənin qarşısı alınıb. 

Mübahisənin azərbaycanlı, erməni, çeçen və ruslardan ibarət iki qrup arasında düşdüyü müəyyən edilib. 17 nəfərdən ibarət hər iki qrup üzvləri Baş İdarəyə aparılıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Saxlanılanlar insidentə səbəb kimi qəfil düşən mübahisəni göstəriblər. Münaqişədə milli-etnik səbəb olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!