Qəzəbli kütlə səfirlik binasına hücum edib.
İsrailin Qahirədəki səfirliyi qarşısında 5 misirli polisin ölümü ilə əlaqədar olaraq keçirilən etiraz aksiyası davam edir. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişçilərdən biri səfirliyin yerləşdiyi binanın üstünə çıxaraq yəhudi dövlətinin bayrağını oradan çıxardıb və yerinə Misir bayrağı sancıb.
İsrailin Qahirədəki səfirliyi qarşısında cümə günündən başlayaraq etiraz nümayişi keçirilir. Aksiyada minə yaxın insan iştirak edir. Onlar Misir-İsrail sərhədində beş sərhədçinin həlak olmasından hiddətləniblər.
Avqustun 18-i axşam Sinay yarımadasında 5 Misir polisi həlak olub. Misir tərəfinin məlumatına görə, onlar Misirlə sərhəddə terrorçuları təqib edən İsrail vertolyotunun açdığı atş nəticəsində həlak olublar.