![](/up/news/article/2011/08/thumb_erebliqasi.jpg)
Mahmud Abbas baş verənlərlə bağlı BMT-in Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir.
Qəzza zolağındakı vəziyyətlə əlaqədar Ərəb ölkələri liqasının fövqəladə iclası keçirəcək. Qurumun rəsmi nümayəndəsi Mahmud Abdul Əzizin sözlərinə görə, daimi təmsilçilərin iştirakı ilə iclas Fələstin tərəfinin xahişi əsasında bazar günü keçiriləcək.
İsrail naməlum silahlı şəxslərin cümə axşamı Eylat kurort raynunda avtobusu atəşə tutmaları və İsrail patrul maşınının partladılmasına cavab olaraq Qəzzaya intensiv olaraq zərbələr endirir. Aviazərbələr nəticəsində 15 fələstinli həlak olub. Ölənlər arasında 2 uşaq da var. Daha 40 nəfərin isə xəsarət aldığı bildirilir.
Bölgədə vəziyyətin kəskin gərginləşməsinin ardınca Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas İsrailin hücumlarını dayandırmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının Qəzza üzrə təcili iclasının çağırılmasını xahiş edib. Qəzza bölgəsinə nəzarət edən HƏMAS qruplaşması isə İsraillə iki ildir davam edən atəşkəsin sona çatdığını bəyan edib. “Bundan sonra düşmənlə heç bir atəşkəs yoxdur”, - 2009-cu ildə İsraillə atəşkəs elan etmiş HƏMAS-ın bəyanatında belə deyilir.