Orta şərq » Tehran ərəb ölkələrinin problemlərinə qarışmaqda ittiham olunub
Suud Əl-Fəysal rəsmi Tehranı ərəb ölkələrinin problemlərinə qarışmaqda ittiham edib. Press-az.com saytının verdiyi məlumata görə Səudiyyə Ərəbistanına səfərə gələn İranın xarici siyasət idarəsinin rəhbəri Manuçöhr Möttəki ilə görüşdən sonra bu ölkənin xarici işlər naziri Suud Əl-Fəysal rəsmi Tehranı ərəb ölkələrinin problemlərinə qarışmaqda ittiham edib. Hər iki nazirin keçirdiyi mətbuat konfransında Suud Əl-Fəysal Ərəb ölkələrinin öz məsələlərini həll etmək iqtidarında olduğunu və kənar qüvvənin müdaxiləsinin yersiz olduğunun deyib. Qeyd edək ki, səfəri çərçivəsində Manuçöhr Möttəki Səudiyyə Ərəbistanı kralı Abdlulla ilə də danışıqlar aparıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!