Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat partiyasının lideri Jirinovski iddia edir ki, Türkiyənin döyüş hazırlığı dünyada yeni münaqişələrə yol aça bilər, - “Vesti” xəbər verir.
Jirinovski iddia edir ki, Türkiyə Üçüncü Dünya Müharibəsinin əsasını qoymaq niyyətindədir. “Türklər indi insan haqlarını xatırlayıb. Halbuki, onlar 1915-ci ildə qətliam edilmiş ermənilər və ya 50 il ərzində əzdikləri kürdlərin hüquqlarını unudublar. Dünyanın bütün bəlalarının kökündə Türkiyə dayanır”, - deyə Jirinovski sərsəmləyib.