Analitika və müsahibə » Ayətullah Məkarim Şirazi: “Əgər oruc tutandan sonra insanın təqvası artarsa, məlum olar ki, tutduğu oruc həqiqi oruc olmuşdur”
Ayətullah Məkarim

Mərceyi-təqlid orucun həqiqəti barədə danışıb

Ayətullah Məkarim Şirazi təfsir dərsində Mübarək Ramazan ayı haqqında demişdir: “Ramazan ayı Məsumların (ə) yanında xüsusi əhəmiyyətə malik idi. Bu ayın əvvəlində insanlara xəbərdarlıq edər və onun əhəmiyyətini bəyan edərdilər. “Bəqərə” surəsinin 183-cü ayəsində Allah oruc haqqında möminlərə xitab edirək buyurur: “Ey iman gətirənlər! Sizin üçün oruc yazılmışdır (qərara alınmışdır). Necə ki, sizdən əvvəlkilərə yazılmışdı. Ola bilsin ki, təqvalı olasınız”. Bu, onu bəyan edir ki, imanın göstəricisi Ramazan ayında oruc tutmaqdır. Bu ayədə deyilir ki, “sizə yazılmışdır”, diqqət edin ki, o zaman ki, hansısa mövzunun dəqiq bəyan edilməsini istəyirik, ancaq həmin mövzunu deməklə kifayətlənmirik. Onu məktub halında yazırıq və bu ayə də orucun mühümlüyünü bizə çatdırır. Bu ayədə Allah buyurur ki, güman etməyin ki, oruc ancaq siz müsəlmanlar üçün təyin edilmişdir. Əvvəlki nəsillərə də qərar verilmişdir. Bu ayədə Ramazan ayında oruc tutmağın hədəfi insan varlığında təqvanın dirçəldilməsidir. Bu mənada ki, əgər bu ayda oruc tutularsa, insanın təqvası artar. Əgər oruc tutandan sonra insanın təqvası artarsa, məlum olar ki, tutduğu oruc həqiqi oruc olmuşdur. Ancaq əgər insanın təqvasında bir dəyişiklik olmazsa, insan ancaq susuzluq və aclıq keçirər və əməlinin ancaq adı oruc olar.

Təqvanın həqiqəti odur ki, insanın batinində Allah qorxusu olar. Qarşısına çıxan hər məsələdə Allahın rizasını fikirləşər. Ona görə də o kəs ki, işində Allahın, İslamın və Peyğəmbərin (s) rizayətini fikirləşmirsə, onun təqvası yoxdur. Allah sonrakı ayədə buyurur: “(Oruc tutmaq) sayı müəyyən günlərdir. (Amma) sizdən hər kim xəstə olsa, yaxud səfərdə olsa, (tutmadığı günlərin) sayə qədər ayrı günlərdə (oruc tutmalıdır). Oruc tutmağa) taqəti olmayanlar da yoxsulu doyuracaq qədər fidyə (kəffarə) verməlidir. Hər kəs öz meyli ilə xeyir iş görərsə, bu, ona daha yaxşı olar. Əgər bilsəniz, oruc tutmaq sizin xeyrinizədir!”. (“Bəqərə” 184).

Bəziləri orucdan azaddırlar. O xəstələr ki, oruc tutmaq onların xəstəliyinə zərər edər, ya da xəstəliyin uzunmasına səbəb olarsa, ya insanın xəstələnməsinə gətirib çıxararsa, eləcə də səfərdə olanlar və oruc tutmağa taqəti olmayanlar orucdan azaddırlar. Ona əməl etsələr günaha batarlar. Ancaq bu insanlar gərək yoxsulu doyuzdursunlar. Kəffarə o insana verilməlidir ki, həmin insan yoxsul olsun və həmin pulla özünə ərzaq ala bilsin. Ya da yoxsulları himayəsinə götürən təşkilatlara verilsin.

Bu ayənin sonunda Allah buyurub: “Əgər oruc tutsanız, sizin xeyrinizədir”. Bəziləri belə fikilrəşirlər ki, ibadətimiz Allaha xidmət etməkdir. Ya da Onun nemətlərinə şükür etməkdir. Halbuki oruc tutmaq insanın özünün xeyrinədir. Onun ruhunu və cismini pak edər. Ona xəstəlik və şeytandan nicat verər. Həkimin yazdıqlarına əməl etməyin həkimə heç bir xeyri yoxdur, insan özü müalicə olunar. Namaz, oruc, həcc və başqa İlahi əhkamlar həkimin resepti kimidir. İnsan ona əməl edəndə özü xeyir əldə edər.

Allah Təala sonra buyurur: “Ramazan ayı insanlara doğru yolu göstərən, doğru ilə əyrini bir-birindən ayırd edən və Quran nazil olan aydır. Bu ayı görənlər, bu ayı (tamamilə) oruc tutmalıdırlar. Xəstə olan və səfərdə olanlar tutmadığı günlərin sayı qədər ayrı günlərdə tutsunlar. Allah sizin üçün asanlığı istəyir, sizə çətinliyi istəmir. Allah (Ramazan ayının və ya qəza olmuş günlərin) sayını tamamlamanızı istəyir. Allahın sizi düz yola yönəltməsinə görə Ona təzim edin! Bəlkə də şükür edəsiniz”. (“Bəqərə” 185). Allah bu ayədə oruc tutmağın vaxtını bəyan etmişdir. Ramazan ayını Quran nazil olan ay kimi tanıtmışdır. Bu da Ramazan ayının ən üstün xüsusiyyətidir. Quran bu ayda Peyğəmbərin (s) qəlbinə nazil olmuşdur və 23 il ərzində tədricən nazil olmağa başlamışdır. Bu ayədə Allah orucun insanın hidayət olmasına və düz yola getməsinə, zülmətdən nicat tapmasına, dağınıqlıqdan vəhdətə tərəf getməsinə və şeytanın pəncələrindən Allaha tərəf irəliləməsinə gətirib çıxartdığını vurğulamışdır. Quran Peyğəmbərin (s) möcüzəsidir. Orada elə ayələr vardır ki, bu möcüzəni iki dəfə artırır.

“Furqan” sözünün mənası haqqın batildən ayrılması deməkdir. Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, haqla batilin ayrılmasını aydınlığa çıxaracaqdır. Bu ayədə görmək olur ki, Quran insan üçün tövhidi, nübuvvəti və məadı təqdim edir. Allah buyurur: “Bəndələrim Məni səndən soruşan zaman (söylə ki,) mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm, onlar da gərək Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, (doğru) yola uğrasınlar”. (“Bəqərə” 186). Bu ayədə Allah duadan danışır. Peyğəmbərə (s) buyurur ki, əgər bəndələrim soruşsalar ki, Mən haradayam? De ki, Mən yaxınam. Dua et ki, yerinə yetirim və Mənə iman gətirsinlər. Bu ayədən görmək olur ki, Ramazan ayı - dua ayıdır. İnsanın bu ayda edə biləcəyi ən yaxşı əməl - duadır. Ardınca Quran, yoxsullara yardım etmək və sileyi-rəhm gəlir. İmam Sadiq (ə) buyurur: “Oruc o deyildir ki, yemək yeməyəsiniz və su içməyəsiniz. Gərək sizin bütün vücudunuz oruc tutsun. Gözünüz və diliniz də oruc tutsun”.

Ramazan ayı məhəbbət, sülh və səfa ayıdır. Münaqişələr həll edilməlidir”. (Həvzəh) /deyerler/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!