Yaxın şərq » Xalid Məşəl Fələstin-Misir əlaqələrinin müzakirəsi üçün Qahirəyə gedib

Misir rəsmiləri ilə müzakirə ediləcək görüşlərdə Rəfah Sərhəd Buraxılış Məntəqəsinin də açılması gündəmə gətiriləcək

Xalid Məşəlin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti Misirdə rəsmi səfərdədir, - FİM xəbər verir. İslami Müqavimət Hərəkatı (HƏMAS) Siyasi Şura Sədri Xalid Məşəlin rəhbərlik etdiyi yüksək rütbəli heyət Misir rəsmiləri ilə razılaşdırılacaq məsələlər üzrə sənədləri müzakirə etmək üçün paytaxt Qahirəyə yola düşüb. Qahirədəki Misir mənbələri HƏMAS nümayəndə heyətinin səfərinin əsas məqsədinin “25 Yanvar” inqilabından sonra ölkədə yeni yaranan və Misiri əvvəlki günlərinə qaytaracaq rəsmilərlə ikili əlaqələrin inkişaf etdirilməsi yollarını araşdırmaq olduğunu bildirir-"deyerler" xəbər verir.

Mənbələr, görüşlər zamanı xüsusilə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Buraxılış Məntəqəsinin də vəziyyətinin müzakirə ediləcəyini bildirir. Bundan başqa, görüşlərdə mühasirədəki Qəzzada yaşayan Fələstin xalqının çətinliyinin yüngülləşdirilməsi istiqamətində Misirdən gözlənilən məsələ də  gündəmə gətiriləcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!