İranın Türkiyədəki səfiri Bəhman Hosseinpur gözlənilmədən Türkiyə Cümhuriyyətinin baş nazirliyi binasına gəlib
Salamnews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın müxtəlif qəbullardan ötrü baş nazirliyin mərkəzi binasına gəlişindən bir müddət sonra İranın Türkiyədəki səfiri Bəhman Hosseinpur baş nazirliyə gözlənilməz bir ziyarət edib.
Səfirin baş nazir müavini Bəkir Bozdağ ilə görüşdüyü xəbər verilib. Gözlənilməz gəlişin məqsədi bəlli deyil.