Analitika və müsahibə » Livanın Ali Şiə İslam Şurasının vitse-pezidenti Şeyx Əbdüləmir Qabalan: İftar vermək əvəzinə Somali xalqına kömək edin

Livanın Ali Şiə İslam Şurasının vitse-pezidenti Şeyx Əbdüləmir Qabalan Şuranın mərkəzi binasında çıxışı zamanı deyib ki, Ramazan ayında iftar verməyin qiyməti çox böyükdür amma bunun əvəzinə həmin sərf edəcəyimiz məbləği Somaliyə yardım üçün xərcləsək daha çox savab əldə etmiş olarıq.

313news.net saytının ahlibeyt.az saytına istinadən verdiyi məlumata görə Ayətullah Qabalan iftar süfrələrinin kasıblara, imkansızlara və ehtiyaclı şəxslərə verilməli olduğunu xatırladaraq deyib ki, elə buna görə imkanlı şəxslərdən istəyirik ki, iftara sərf edəcəkləri məbləğləri Somalidə buna daha çox ehtiyacı olanlara göndərsinlər. Bizə vacibdir ki, Somali xalqının dərdinə şərik olub onlara kömək edək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!