Dünyada » Köhnə Sovet ölkələri NATO-ya alternativ yaradırlar

"Şərqin NATO-su" olaraq səslənilən Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatı (KTRT) üzvü keçmiş Sovet ölkələri Qazaxıstanın paytaxtı Astanada qalstuksuz zirvədə bir araya gəldilər.

313news.net saytının CİHAN Xəbər Agentliyinə istinadən verdiyi məlumata əsasən Rus mətbuatında yazılan məlumatlara görə, zirvədə Ərəb  rejimlərinə qarşı daxili təhdidlərin yanında, xarici təhdidlərə qarşı da bölgə ölkələrinin təhlükəsizliyinin təmin edilməsi üçün qurulan Sürətli Hərəkət Gücü ilə əlaqədar son vəziyyət müzakirə olundu. Təşkilata üzv olan Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Ermənistan və Özbəkistan qurduqları 16 minlik bir ordu ilə ortaq təhlükəsizlik sahəsi meydana gətirirlər.

KTRT dövr başçılığını davam etdirən Belarus prezidenti Aleksandr Lukaşenko, təşkilatın gücünün artırılması üçün səylə çalışdıqlarını söylədi.

Mətbuata müsahibə verən  olan Lukaşenko, "Bir çox daxili problemlərə toxunduq... Ölkələr arasında problemli mövzular da müzakirə olundu" dedi. İlin sonuna qədər Sürətli Hərəkət Gücünün (SHG) strukturlaşma müddətinin tamamlanacağını deyən Belarus lideri, "Dekabr ayına qədər üzv ölkələr təşkilat çərçivəsində imzalanan SHG razılaşmasını təsdiqləyəcək. Belarus olaraq biz bu müddəti tamamladıq. Digər ölkələr də təsdiq müddətindədir" şəklində danışdı.

Zirvəyə: Rusiya Dövlət Başçısı Dmitri Medvedyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Belarusun Dövlət başçısı Aleksandr Lukaşenko, Ermənistan prezidenti Serj Sarkisyan, Tacikistan prezidenti İmaməli Rəhman və Qırğızıstan prezidenti Roza Otumbayeva qatılarkən, Özbək lider İslam Kərimov Astanaya gələ bilmədi.

Zirvədə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də kosmos və informasiya vasitələri ilə yayılan təhlükələrə qarşı ortaq mübarizə aparılması olduğuna toxunan Lukaşenko, "Ərəb və Şimali Afrika ölkələrində meydana gələn son hadisələr çərçivəsində yeni hədəflər müəyyən olundu. Olabiləcək təhdidlərə qarşı ölkələrimiz birlikdə mübarizə aparacaq” dedi.

MEDVEDYEV QALSTUKUNU SON ANDA ÇIXARDI

Ev sahibi olaraq Rixos Oteldə qonaqlarını qarşılayan Qazax lider də, Əfqanıstandan Amerika qoşunlarının çıxmasından sonrakı vəziyyət, beynəlxalq terrorla mübarizə, narkotik və silah qaçaqmalçılığına qarşı alınan tədbirlər və regional əməkdaşlığın inkişaf etdirilməsi mövzularının gündəmdə olduğunu söylədi.

Bütün liderlərin qalstuksuz qatıldığı zirvəyə Medvedyevin qalstuklu gəlməsi diqqət çəkərkən, Rus lider mətbuat işçilərinin qarşısında qalstukunu çıxardı.

16 MİNLİK ORDU İLİN SONUNA HAZIR OLACAQ

Rus NATO-su olaraq da adlandırılan KTRT, 2002-də qurulub. Rusiyanın liderliyində regional təhlükəsizlik üçün çalışan təşkilat Qırğızıstanda yaşanan daxili qarışıqlıq əsnasında təsirli ola bilməməsi səbəbi ilə tənqid olunmuşdu.

Fevral 2009-da SHG yaradılması qərarı alan təşkilatın 16 minlik ordusu ilə əlaqədar təsdiq müddətinin il sonuna qədər tamamlanması gözlənilir. Rusiyan 8 min, Qazaxıstanın 4 min, Qırğızıstan, Ermənistan, Tacikistan və Belarusun min nəfərlik ordu ilə dəstək verəcəyi SHG quruluşuna daxil olmaq üçün Özbəkistan tələsmir.

Rusiya ən az 5 min nəfərlik əsgəri gücün Orta Asiyada qurulacaq bir əsgəri orduya yerləşdirilməsini istəyir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!