İran Suriyanın liman şəhəri olan Latakiyada hərbi baza tikməyə razılaşıb.
Bu barədə The Telegraph qəzeti Britaniya kəşfiyyatına istinadən məlumat verir.
Məqalədə bildirilir ki, bir neçə milyon dollara başa gələcək tikinti barədə razılıq Suriya nümayəndə heyətinin iyun ayında Tehrana səfəri zamanı əldə olunub.
Bazanın tikintisi gələn ilin sonunadək başa çatdırılmalıdır.
Bazanın əsas məqsədi hərbi texnikanın İrandan Suriyaya ötürülməsidir.