Azərbaycan və MDB » Hacı Şahin Həsənli: Somali müsəlmanlarına kömək etmək dini vəzifədir

İlahiyyatçı-alim Məşədi Dadaş məscidinin İmam Camaatı Hacı Şahin Həsənli Somalidə yaranmış vəziyyətə münasibət bildirib.

O deyib ki, Somalidə aclıqdan əziyyət çəkənlər bizim müsəlman bacı və qardaşlarımızdır. Onların bu acınacaqlı vəziyyətinə biganə qalmaq olmaz. Və bu gün Somalidə aclıqdan əziyyət çəkən müsəlmanlarına kömək etmək bir dini vəzifədir.

ahlibeyt.az saytının məlumatıma əsasən Azərbaycan müsəlmanlarının da Somaliyə yardım etmək istədyini deyən Hacı Şahin Həsənli bildirib ki, hər gün bizə Somaliyə necə yardım edə bilərik deyə müraicətlər olur. Və bunu nəzərə alaraq inşəallah qərara gəlmişik ki, Azərbaycan müsəlmanları adından Somali müsəlmanlarına yardımda bulunaq.

Mərcei-təqlidlərin də müsəlmanları Somaliyə yardım etməyə çağırdıqlarını və müqəllidlərinə xümsün üçdə bir hissəsinin Somali müsəlmanlarına yardım üçün məsrəf erməyə icazə verdikləini diqqətə çatdıran Hacı Şahin Həsənli bildirib ki, bütün mömin bacı və qardaşlardan da xahişimiz budur ki, bu yardım kampaniyasında yaxından iştirak etsinlər.

Hacı Şahin Həsənli sonda bildirib ki, yaxın günlərdə Somaliyə yardım kampaniyasına qoşulmaq istəyən əziz bacı və qardaşlarımıza kimə və yaxud hara müraciət etmək barədə məlumat verəcəyik.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!