Rusiyanın NATO-dakı Səfiri Dmitri Rogozin, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi üçün icra edilən əsgəri kampaniyanın hədəfinin, İrana hücum üçün etibarlı bir liman meydana gətirmə səyi olduğunu iddia etdi.
313news.net saytının Türk mətbuatına istinadən verdiyi məlumata görə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının əvvəlki gün aldığı qərarla Suriya rəhbərliyinin vətəndaşlara istiqamətlənmiş hücumlarını qınamış və Əsədi islahat sözünü tutmağa dəvət etmişdi. Rusiya Dövlət Başçısı Dmitri Medvedev də islahatların reallaşmaması vəziyyətində Əsədin sonunun yaxşı olmayacağı xəbərdarlığını etmişdi.
Xüsusilə Bazar günündən bu yana tank atəşinə tutulan və ən az 30 vətəndaşın həyatını itirdiyi Hama əməliyyatı sonrası Moskvanın Suriya mövzusunda siyasət dəyişikliyinə getməsindən sonra Rogozin NATO-nun olabiləcək planları ilə əlaqədar əhəmiyyətli iddialar irəli sürmüşdü.
İzvestiya qəzetinə müsahibə verən Rogozin, BMT-də alınan qınama qərarının ardından əsgəri müdaxilə cəhdləri ilə əlaqədar kampaniyaların başlayacağına diqqət çəkib, "Şimal Afrikada reallaşdırılan əsgəri əməliyyatları dəstəkləyən bir qisim qərb ölkələri, Suriya üçün də bənzər bir ssenarini nəzərdə tutduqları məntiqi olaraq ortaya çıxır" dedi.
Koalisiya qüvvələrinin hədəflərinin yalnız qərb ilə fikirləri üst-üstə düşməyən rejimlərin dəyişdirilməsi olduğunu müdafiə edən Rogozin, bir qisim mütəxəssislərin söylədiyi Suriya və Yemənin İrana hücum üçün son addım olaraq istifadə ediləcəyi istiqamətindəki düşüncələrə də qatıldı.
"İranın ətrafında çevrə daralır" fikrində olan Rogozin, "İrana istiqamətli əsgəri planlar davam edir. Biz bölgədə geniş diametrli bir döyüşün tətiklənməsindən narahatıq" xəbərdarlığı etdi.
Moskvanın Libya dərsindən sonra Suriyada güc istifadə edərək bir nəticə alınmasına istiqamətli cəhdlərə qarşı olacağına toxunan Rusiya-nın NATO-dakı Səfiri, "Şimal Afrikada ortaya çıxacaq geniş diametrli qarşıdurmalar bütün dünya üçün dağıdıcı olacaq." şəklində danışdı.