İsrail prezidenti Şimon Peres Fələstin Azadlıq Təşkilatının nümayəndələri ilə görüş keçirib.
313news.net saytının İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə görüşdə məqsəd bu ilin sentabr ayında BMT-nin Baş Məclisində Fələstin dövlətinin birtərəfli tanınmasının qarşısını almaqdı.
Haaretz qəzetinin yazdığına görə 26 iyulda Peres Fələstin nümayəndəsi Saib Ərəkatla görüş keçirib. Güya ki, siyasətçilər İordan çayının qərb sahilinin bölünməsini, Şərqi Qüds problemini müzakirə ediblər.
Ramallahdakı yüksəkvəzifəli fələstin mənbəsi də Ərəkatın bir neçə dəfə Pereslə görüşdüyünü təsdiqləyib və deyib ki elə görüşlərdən biri də bu həftə baş tutub.
“Mən bütün tərəflərlə danışmışam-Peres deyib. Mən görürəm ki, tərəflər arasında mövqe yaxınlaşması var”. Ərəb jurnalistlərlə görüşü zamanı Peres tərəfləri danışıqlar masası arxasına dəvət edib.
“Bu cür siyasi gediş sentyabr ayı üçün ümid yarada bilər- o deyib. Mən gördüm ki, fələstinlilər BMT BM-ə çıxmaqdansa danışıqları üstün tuturlar”.