27 İyul, 2011
Tunisdə vəziyyət gərgin olaraq qalır

Tunisdə fövqəladə vəziyyət rejimi uzadılıb.

313news.net saytının Müsavat qəzetinə istinadən verdiyi məlumata görə iyulun 26-da Tunisin müvəqqəti prezidenti Fuad Mebaza ölkədə fövqəladə vəziyyət rejimini qeyri-müəyyən müddətə uzadıb. Yanvar ayından tətbiq olunan fövqəladə vəziyyət rejimi kütləvi aksiyalara yasağı nəzərdə tutur. Rejim polisə kütləvi aksiyalara çıxan şəxslərə atəş açmaq hüququ verir.

Tunis prezidenti Zeynalabdin Ben Əli 23 il hakimiyyətdən sonra bu il yanvarın 14-də xalq üsyanından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb. Həmin gündən ölkədə fövqəladə vəziyyət elan olunub və prezident səalahiyyətləri parlamentin sədri Fuad Mebazaya ötürülüb.

Bütün hüquqlar qorunur  ©  Dünya xəbərləri

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!