313news.net saytının Zaman qəzetinə istinadən verdiyi məlumata görə əhali maaşların artırılmasını tələb edir.
Iki ay əvvəl xalqın yarısının dəstəyinə sahib olan Baş nazir Netenyahuya dəstək yüzdə 32-ə düşdü. Bir həftədir paytaxt Təl-Əvivdə insanların kirayə və ev qiymətlərinin qalxmasına etiraz və həkimlərin maaşların artırılması məqsədilə küçələrdə nümayişlər keçirməsi Baş nazirə dəstəyi aşağı saldı.
Haaretz qəzetinin Təl-Əvivdə bazar günü keçirdiyi sorğunun nəticələrinə görə sorğuda iştirak edənlərin yüzdə 54-ü Netanyahunun siyasətindən narazıdır.