İran hüquq müdafiəçisi deyir ki, İslam İnqilabı Qvardiyası yeraltı uranın zənginləşdirilməsi sahəsi haqqında informasiya toplamaq üçün cəhd edən pilotsuz ABŞ casus təyyarəsini vurmuşdur.
İran Dövlət Televiziyası da bu barədə xəbər yayımlayıb: “Rəsmi mənbələrə əsasən ABŞ casus təyyarəsi Müqəddəs Qum şəhərinin yaxınlığından uçanda İslam İnqilabı Qvardiyası tərəfindən vurulub”. Lakin təyyarənin ayın neçəsi vurulması barədə məlumat verilmir. Onu deyə bilərik ki, bu məlumat İranın nüvə materialının zənginləşdirməsini sürətləndirməyə yönəldilən yeni sentrifuqaları quraşdırdığını elan etməsindən sonra yayıldı.
İran News xəbərinə əsasən Xarici İşlər Nazirliyinin nümayəndəsi Ramin Mehmanparast Çərşənbə axşamı dedi ki, yeni təchizat prosesə daha çox sürəti və daha yaxşı keyfiyyəti gətirəcək. O həmçinin təkrar etdi ki, İranın nüvə proqramı sülh məqsədlər üçündür.
Birləşmiş Ştatlar və digər Qərb ölkələri güman edirlər ki, İran uranı nüvə silahlarını inkişaf etdirmək üçün zənginləşdirir.
Xatırladaq ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı mülki və hərbi məqsədlər üçün istifadə edilən uranın zənginləşdirilməsi prosesindən imtina etmək üçün İrana sanksiyalar qoymuşdular.