Misir dövlət televiziyası Hüsnü Mübarək hökuməti üzvlərinin məhkəməsini birbaşa yayımlayır.
APA-nın xəbərinə görə, telekanal keçmiş İnformasiya naziri və Dövlət Televiziyasının keçmiş rəhbərinin məhkəməsini yayımlamaq üçün digər verilişlərin yayımını dayandırıb.
Onlar Misir milli futbol liqasının oyunlarının translyasiyasına dair müqavilə bağlayarkən korrupsiya yol verməkdə ittiham olunurlar.
Məhkəmə iclaslarının televiziya ilə yayımı islahatların sürətləndirilməsi və daha çox şəffaflıq tələb edən müxalifətin təzyiqi altında başlayıb. Müxalifət eyni zamanda hökumətin yeni üzvlərindən narazılığını bildirir.
Xatırladaq ki, iyulun 18-nə təyin olunan Misirin yeni hökumətin rəsmi fəaliyyətə başlaması mərasimi təxirə salınıb.