Azərbaycan və MDB » Ayətullah Reyşəhri: Zühur üçün şərait yaratmalıyıq

12-ci İmam Həzrəti Sahibəzzəmanın (ə.f) mübarək mövludu münasibətilə Bakıda və Tbilisidə keçiriləcək tədbirlərdə iştirak üçün İran İslam Respublikasından gələn qonaq çox sayda kitabın müəllifidir.

Azərbaycanlıların yaxşı tanıdığı "Mizanul Hikmət" hədis toplusu da məhz bu alim tərəfindən yazılmışdır.

İslam-Azeri.az internet qəzeti ilə “Salamnews” agentliyinin müxbirləri bu böyük alimin gəlişindən istifadə edərək ondan müsahibə alıb.

Ayətullah Məhəmməd Reyşəhriyə ünvanlanan birinci sual belə olub:

-Bu günlər İmam Zamanın (ə.f.) mübarək mövlud günü ərəfəsinə təsadüf edib. Bu baxımdan İmamın qeybi dövründə müntəzirlərin (onu gözləyənlər) vəzifələri nədən ibarətdir?

-Rəhman və rəhim Allahın adı ilə. Həzrət Vəliəsrin (ə.c) mövludu münasibəti ilə qonşu və dost Azərbaycan xalqını təbrik edirəm və istərdim ki, Allah Taala bizə İmam Zaman ağanın zühuruna zəminə hazırlayanlardan olmağımız üçün tofiq versin. Bizim, yəni Əhli beytə bağlı olan hər kəsin qeybət dövründə vəzifəsi çox ağır bir vəzifədir. Bir cümlə ilə demək olar ki, o, ağaya məhəbbəti olan hər bir şəxsin vəzifəsi həzrətin dünyavi höküməti üçün zəminə hazırlamaqdır. Bunun üçün nə etmək lazımdır? Həqiqətdə o həzrət nəyi gözləyir və nə üçün qeyb pərdəsi arxasındadır? Bunu bilmək lazımdır ki, o, həzrətin zühuru üçün labüd olan şərti mədəni müstəvidə ərsəyə gətirməliyik. Yəni biz bütün dünya cəmiyyətində o, ağanın zühuru üçün sivil bir şərait yaratmalıyıq. Bunun üçün nə etmək lazım olduğunu Əhli beyt bizlərə bəyan etmişdir. İmam Rza (əleyhissalam) buyurmuşdur: “Allah Taala bizim haqqımızı dirçəldənlərə rəhmət eləsin.” Əhli beytin haqqı isə onların dünya cəmiyyətinə rəhbərlik etmələridir. İmamdan soruşdular ki, sizin imamətinizi (haqqınızı) necə dirçəldə bilərik? Buyurdu: “Bizim maarifimizi öyrənib və öyrətməklə.” Daha sonra imam buyurur: “İnsanlar bizim sözlərimizin məntiq və gözəlliklərini görsələr bizə itaət edəcəklər.” Yəni həqiqətdə Əhli beytin höküməti üçün mədəni bir şərait yaratmaq, Əhli beytin maarrifini yaymaq gərəkdir. Beləliklə, biz bu maarifin dünyaya yayılması üçün nə qədər çalışsaq imam Zaman ağanın zühuru üçün bir o qədər zəminə yaratmış oluruq. Ərz etdiyim kimi dünya məntiq dünyasıdır. Yəni biz əqli cəhətdən şərait yaratmalıyıq.

-Azərbaycan xalqının dindar təbəqəsinə tövsiyyələriniz nədən ibarətdir?

-Azərbaycan müsəlmanlarına tövsiyəm İslama olan mərifətlərini daha dərinləşdirmələridir. İmam Əli (əleyhissalam) səhabəsi Kumeylə buyurur: “Əncam vermək istədiyin hər bir əməl üçün mərifətə ehtiyacın var.” Beləliklə, insanın mərifətsiz etdiyi hər bir əməli naqisdir və hər bir böyük işin müqəddiməsi mərifəti gücləndirməkdir. Azərbaycanlı bacı və qardaşlarıma İslam dininin maarrifini və xüsusən İslam cəmiyyətini xətərə sala biləcək amilləri tanıya bilmələrini nəsihət edirəm.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!