Dünyada » Medvedev Əhmədinejada tövsiyələr etdi

Rusiya prezidenti iranlı həmkarının cavabını verib.

İran nəhəng qonşularına mətnaltı söz atıb. İslam ölkəsinin lideri Orta Asiyada hegemonluq edən Çin və Rusiyanı müstəmləkəçi və əsarətçi ölkələr olduğunu deyib.

Bu barədə fikrlərini ifadə etmək üçün heç də uğurlu tribuna seçməyən İran prezidenti Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatında çıxışı zamanı üstüörtülü şəkildə hamını keçmişin müstəmləkəçiləri və əsarətçiləri ilə vidalaşmağa çağırıb. Bu qurumda isə dominantlıq edən Çin və Rusiya kimi dövlətlərin uzun əsrlər boyu regionda məhz müstəmləkəçi olması hamıya yaxşı məlumdur.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının rusiyalı nümayəndələri bu məsələyə heç bir münasibət bildirməyiblər. Lakin şimal ölkəsinin prezidenti Dmitri Medvedev iranlı həmkarına bir sıra tövsiyələr verməyi lazım bilib.

Rusiya dövlət başçısı Mahmud Əhmədinejadı MAQATE ilə münasibətlərində “şəffaflığ”ın nümayiş etdirməsini, eləcə də İranın nüvə proqramına dair məsələdə isə beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır və açıq olmağı tövsiyə edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!