Bu xəbər Yəmən müxalifətini fəalləşdırıb
“Yəmən prezidenti Əli Abdullah Salehin səhhəti yaxşıdır və inşallah yaxın günlərdə Yəmənə geri dönəcək”. Bunu Yəmənin informasiya nazirinin müavini Abdo Əl-Cundi deyib. Onun sözlərinə görə Səudiyyə Ərəbistanından olan həkimlərin qərarından asılı olarq prezident Saleh sabah vətəninə geri dönməlidir- "ANS PRESS" IHA-ya istinadən xəbər verir.
Nazir müavinin bu çıxışının ardınca isə Yəmənin paytaxtı Sənada keçirilən nümayişdə on minlərlə insan Səudiyyə Ərəbistanında müalicə alan ölkə başçısı Əli Abdullah Salehi ölkəyə geri dönməməyə çağırıb. Mövcud rejim əleyhinə yazılar əks olunan plakatlar qaldıran etirazçılar “Xalq rejimi devirməyə davam edir” kimi şüarlar səsləndirib. Səudiyyə Kralından Yəmən prezidentini Yəmənə buraxmamağı xahiş edən nümayişçilər həmçinin “Xalq yeni bir Yəmən qurmaq istəyir” deyə bildiriblər.
Bu arada adınının məxfi saxlanmasını xahiş edən Səudiyyə rəsmilərindən biri Yəmən prezidentinin bir daha Yəmənə geri dönməyəcəyini bildirib.