Bu gün Allah evində doğulub, Allah evində şəhid olan yeganə şəxsiyyətin mövlud günüdür
Həzrət Əli ibni Əbu Talib əleyhissalam hicrətdən 23 il əvvəl rəcəb ayının 13-də Məkkədə dünyaya gəlib. Həzrətin doğumu çox qeyri-adi baş verib. Belə ki, mötəbər rəvayətlərə əsasən Həzrətin doğumu Kəbə evnini içində baş verib. Məkkə əhalisindən Qu᾽nəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kə᾽bəyə tərəf getdiyini gördük. O belə deyirdi:
«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (Ibrahimin,',0), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».
Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sür᾽ətlə Kə᾽bəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sür᾽ətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kə᾽bədən bayıra çıxıb dedi:
«Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi».
Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy».
Həzrət Əli (ə) 10 yaşında ikən İslamı qəbul edib və ilk müsəlman kişi olmaq şərəfinə nail olub. Qurani-Kərimdə Əlinin (ə) şəninə 300-dən çox ayə nazil olub. Həzrətin (ə) elmi, şücaəti, zöhdü. ibadəti dillər əzbəridir.
Həzrət Əli (ə) Peyğəmbərin (s) özündən sonra təyin etdiyi xəlifə və imamdır. O, hicri 35-ci ildə xilafətə gəldi. Xilafəti dövründə müsəlmanlar arasında 3 müharibə baş verdi: Cəməl, Nəhrəvan və Siffeyn. İlk iki müharibədə Əli (ə) qalib gələrək düşmənləri məğlub etdi. Lakin sonuncu müharibədə qalib gələ bilmədi və müvəqqəti sülh bağladı. Xəlifə Əli (ə) hicri 40-cı ildə Kufə məscidində namazda ikən xəvaric tərəfindən qılıncla vuruldu və şəhadətə çatdı. Əli (ə) Nəcəfdə dəfn edildi.