İsrail baş naziri belə olacağı təqdirdə sülhə təminat verir
İsrail-Fələstin münaqişəsinin əsas səbəbi yəhudi yaşayış məntəqələrinin inşası deyil, əsas səbəb fələstinlilərin yəhudi dövlətinin mövcudluğunu qəbul etməkdən imtina etməsidir. Bunu İtaliyada səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu deyib. İsrailin baş naziri fələstinlilərin yəhudi dövlətini tanımağa çağırıb. "İsrail hökuməti yaşayış məntəqələri daxil olmaqla bizə ağrılı ola biləcək bir çox güzəştlər etmək istəyir. Fələstinliləri isə Fələstin dövlətinin qonşuluğunda yəhudi dövlətinin olmasını qəbul etməlidirlər. Onlar bunu etmirlər. Əgər onlar bunu desələr, biz dünyanı dəyişərik"-deyə İsrail baş naziri bildirib-ANS PRESS "Accociated press" xəbər verir.
İsrail baş naziri həmçinin İran ətrafındakı vəziyyəti də şərh edib. “Əgər İran nüvə proqramını davam etdirərsə, onda biz “Ərəb baharı deyil, Ərəb qışı” ilə qarşılaşmış olacayıq. Yaxın Şərqdə azadlıq baharı nə ilə nəticələnəcək, hələlik məlum deryil. Bir şey məlumdur ki, İran nüvə layihəsini inkişaf etdirəcəksə, onda azadlıa hərəkatları boğulacaq", - Netanyahu deyib.