Yaxın şərq » HƏMAS FƏTH-in namizədini rədd etdi

Salam Fəyyadın Fələstin keçid hökumətinin başçısı postuna namizədliyi bəyənilməyib

Fələstinin HƏMAS hərəkatı keçid dövrü Fələstin hökumətinin baş naziri vəzifəsinə Salam Fəyyadın namizədliyini qəbul etməyib. FƏTH hərəkatının rəhbərliyi tərəfindən namizədliyi irəli sürülən Salam Fəyyadın dəstəklənməməsini HƏMAS nümayəndəsi Sami Əbu Zuhri belə şərh edib: "Salam Fəyyadın hökumət başçısı vəzifəsinə namizədliyi FƏTH mərkəzi komitəsi tərəfindən qəbul edilib. Amma bu, yalnız bir tərəfdə deyil, hər iki tərəfdə qəbul edilməlidir".

Hazırda Salam Fəyyad Fələstin Muxtariyyətinin baş naziri vəzifəsini icra edir. Namizədlik məsələsində fikir ayrılığının isə HƏMAS və FƏTH arasında bu yaxınlarda əldə edilmiş barışığa xələl gətirəcəyi ehtimal edilir.

Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza zolağına, FƏTH isə İordan çayının Qərb sahilinə nəzarət edir. İki Fələstin qruplaşmasının nümayəndələri iyunun 14-də Misirin paytaxtı Qahirədə görüşəcəkr. Görüşdə tərəflər Fələstin keçid dövrü hökumətinin tərkibini müəyyənləşdirməyə çalışacaq. /ANS/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!