Azərbaycan və MDB » Şeyx toyuq biznesinə girişib?

Bakının ərzaq mağazalarında toyuq qıtlığı yaranıb.


Paytaxtın bir neçə rayonunda müxtəlif ərzaq mağazalarına baş çəkdik. 20-yə yaxın mağazada toyuq ətinin olmadığını dedilər. Mağaza satıcıları toyuğun olmamasının səbəbi barədə məlumatsız olsalar da, bəziləri yaranmış qıtlığı topdansatış məntəqələrində toyuq ətinin azalması ilə əsaslandırdı. Öyrəndik ki, qıtlıq bir neçə gündür yaranıb. Araşdırmalar zamanı isə ilginc məlumatlar əldə etdik. Belə ki, son günlər bir çox iri topdansatış mağazalarına toyuq əti satmağı qadağan ediblər. 

Bunun səbəbi kimi isə yerli broylerlərdə yetişdirilən toyuqlara vurulan dərmanların zəhərli olması və insan orqanizmi üçün zərərliliyini göstəriblər. Əslində isə qadağanın səbəbi tam başqadır. Qadağa qoyanların birdən-birə vətəndaşların qeydinə qalmalarının arxasında bu sahənin də monopoliyaya alınması məsələsi dayanıb. Qaynağımız bildirib ki, Hacı Allahşükür Paşazadənin halal kolbasa və sosiska biznesi sıxışdırılandan sonra o, yuxarılara şikayətlənib. Bundan sonra toyuq istehsalının və biznesinin onun monopoliyasına verilməsi qərara alınıb. Bunun üçün süni toyuq qıtlığı yaradılır ki, hazırda fəaliyyətdə olan broylerlər çökdürülsün və sıradan çıxarılsın. Bu proses “toyuq ətində zərərli maddələr var” adı altında aparılır ki, səs-küyü çıxmasın. Hətta zəhərli toyuqların aşkar edilməsi üçün Qala qəsəbəsində yerləşən bir neçə özəl broylerlərdə qanunsuz axtarış aparılıb və onların fəaliyyəti dayandırılıb. Həmin broylerlərin sahiblərinə bizneslərini su qiymətinə satmaq təklif olunub. Xatırladaq ki, bu günə kimi kartof, şüşə və sair kimi mühüm malların biznesinin də Hacı Allahşükür Paşazadənin monopoliyasında olması barədə xəbərlər vardı. Görünür, toyuq biznesi də Bütün Qafqazın Şeyxinə verilir.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

"Yeni Müsavat"

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!