Almaniyada kəskin bağırsaq infeksiyası qurbanlarının sayı artıq 29 nəfərə çatıb. İlk ölüm halı Gessen federal torpağında qeydə alınıb. Bundan başqa, daha 2 nəfər Cənubi Saksoniyada həyatını itirib.
Bu arada Almaniya fermerlər Şurası Avropa İttifaqı hökumətlərini infeksiya ilə əlaqədar ziyana düşmüş kənd təsərrüfatı istehsalçılarına əlavə yardımların göstərilməsinə çağırıb. Təşkilatın prezidenti Gerd Zonnlyanter Avropa İttifaqının 210 milyon avro məbləğində planlaşdırılmış yardımı doğru addım adlandırıb. Lakin onun sözlərinə görə, bütün Avropanın fermer təsərrüfatına dəymiş ziyanın həcmi isə bir milyard avronu ötüb.
Rəsmi rəqəmlərə görə, ümumilikdə Almaniyada 2808 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub ki, bunlardan da 722-nin virusun ağır formasından əziyyət çəkdiyi və bunun böyrək çatışmazlığına səbəb ola biləcəyi bildirilir. Hamburqun Helmüt Şmid Universitetində xəstələrə qan vermək üçün uzun növbələr yaranıb.
ans