Dünyada » Haaqa Məhkəməsi: Qəzzafi əsgərlərə qadınları zorlamağı əmr edib

Luis Moreno-Okampo: Əvvəlcə buna şübhə ilə yanaşırdıq. İndi isə deyilənlərin həqiqət olduğuna əminik.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Liviya lideri Müəmmar Qəzzafi ona qarşı insanlarda qorxu yaratmaq üçün əsgərlərə yüzlərlə qadının zorlanmasını əmr edib.

Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Haaqa Beynəlxalq Məhkəməsinin baş prokuroru Luis Moreno-Okampo jurnalistlərə açıqlamasında bildirib. «Zorlama Qəzzafinin repressiyalarında yeni aspektdir. Əvvəlcə buna şübhə ilə yanaşırdıq. İndi isə deyilənlərin həqiqət olduğuna əminik», - deyə o, qeyd edib.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!