Azərbaycan və MDB » İslamın represiya qurbanları

2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək ölkədə baş almış korrupsiyanı, məmur özbaşınalığını, məktəblərdə hicaba qadağa qoyulmasını, dövlətin antiislam hərəkətlərini, pozğunluğun yayılmasını və yəhudilərin Azərbaycanın başına nələr gətirmək istəmələrini kəskin pisləyib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslamçılar barədə qaldırılmış cinayət işi yekunlaşmaq üzrədir. Hazırda müdafiə tərəfinin iş materialları ilə tanış olma mərhələsi gedir. Məlumatı Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun vəkili Anar Qasımov verib.

Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Mövsüm Səmədovla yanaşı onun sürücüsü Mirhüseyn Kazımovu, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevi və partiya funksioneri Elçin Həsənovu axşam saat 7 radələrində partiyanın ofisindən çıxarkən tutublar.

Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib. Onlar polisə tabe olmamaqda təqsirli biliniblər.

Həmin gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun işlədiyi dükanda əməliyyat-axtarış tədbirləri keçirib. Mövsüm Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülüb. Dəyanət Səmədov həbs olunub.

Yanvarın 11-də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb və rəsmi məlumata görə, 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilib. Firdovsi Məmmədrzayev yanvarın 13-dən həbsdədir.

Yanvarın 18-də AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevə, ayın 20-də isə Mövsüm Səmədova ittiham irəli sürülüb.  

Həmin ay partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və silah-sursat aşkar edildikdən sonra onlar da həbs olunublar.

İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq,',0), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq,',0), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla,',0), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə,',0), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

İslamçilari müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.

2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək ölkədə baş almış korrupsiyanı, məmur özbaşınalığını, məktəblərdə hicaba qadağa qoyulmasını, dövlətin antiislam hərəkətlərini, pozğunluğun yayılmasını və yəhudilərin Azərbaycanın başına nələr gətirmək istəmələrini kəskin pisləyib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!