Dünyada » Qərbin səyləri yenə boşa çıxdı

Amerika, Fransa və İngiltərənin Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurasında Suriyaya qarşı qətnamə çıxarmaq üzrə iki həftəlik səyləri uğursuz qaldı.


İRNA-nın verdiyi məlumata əsasən, Amerika, Fransa və İngiltərənin Suriyaya qarşı qətnamənin çıxarılması üzrə istək irəli sürmələrinin ardınca çərşənbə günü (8 iyun) axşam BMT təhlükəsizlik şurasının üzvləri bu mövzunu araşdırmaq üçün iclas təşkil etdilər.

Fransa və İngiltərə və Amerikanın BMT təhlükəsizlik şurasındakı daimi nümayəndələrinin çoxlu səylərindən sonra bütün üzvlərin razılığı əsasında rəsmi Dəməşqə qarşı bir qətnamə çıxarmaq qərarına gəldilər.

Bu elə bir haldadır ki, Çin, Hindistan, Braziliya və Livanın daimi nümayəndələri iclasın ilk anlarında iclası tərk etdilər.

Onlar bu layihə ilə müxalifət etməkdən əlavə qeyd edilən iclas və onun mövzusu üçün heç bir dəyər vermədiklərini də bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bu iclasın sonunda İRNA müxbiri ilə müsahibədə deyib: Biz bu iclas haqda razı deyilik.

Qeyd etmək lazımdır ki, bundan öncə Çin və Rusiya Suriyaya qarşı qətnamənin çıxarılması ilə özlərinin kəskin müxalifətlərinin elan etmişdilər.


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!