Dünyada » Obama Bəhreynin diktator rejiminə inanır

İşğalçı ABŞ prezidenti Barak Obama Ağ Evdə Bəhreynin diktator kralının varisi Salman bin Həmad əl-Xəlifəni qəbul edib, - “MigNyus” xəbər verir


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İşğalçı ABŞ prezidenti Barak Obama Ağ Evdə Bəhreynin diktator kralının varisi Salman bin Həmad əl-Xəlifəni qəbul edib.

“MigNyus” xəbər verir ki, görüş zamanı Obama Bəhreyn rejiminin ölkədə fövqəladə vəziyyəti ləğv etməsini müsbət dəyərləndirib və onların bu istiqamətdə daha çox işlər görəcəyinə inandıqlarını bəyan edib.

 

İşğalçı ABŞ prezidenti, eyni zamanda Bəhreyn varisinə insan haqlarını da xatırlatmağı unutmayıb. Lakin Obama indiyə qədər dinc nümayişçilərə qarşı aparılan qətliam əməliyyatları və xarici ölkənin bu məsələlərə müdaxiləsinə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, mart ayından başlayaraq, Bəhreyn əhalisi ölkədə nümayişlər keçirərək, siyasi-iqtisasi islahatlar keçirməsini tələb edir. Kral rejimi isə nümayişçilərə qanlı divan tutur.

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!