Rusiyanın NATO ilə bərabər birgə raket hücumundan müdafiə sistemi yaratmağa dair bütün təklifləri rədd edilib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya-NATO Şurasının müdafiə nazirləri səviyyəsində Brüsseldə keçirilmiş iclasının yekunlarına dair mətbuat konfransı keçirən Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. O, qarşı tərəfdən pozitiv və aydın siqnal almadıqlarını, Rusiyanın narahatlıqlarının aradan qaldırılmadığını söyləyib. Belə ki, Moskvanın qurulacaq sistemin Rusiyaya qarşı yönəlməyəcəyinə dair istədiyi təminat verilməyib: “Sanki bizi eşitmirlər”.