Dünyada » EHEC-in mənbəyi hələ tapılmayıb

Virusla bağlı xəstəxanalarda yatanların sayı hər gün artır.

Avropanın 11 ölkəsi və Amerika Birleşmiş Ştatlarından sonra Kanadada aşkarlanan ölümcül bağırsaq virusu – EHEC-in mənbəyi hələ tapılmayıb.

Öncə bakteriyanın İspaniyada yetişdirilən xiyarlar, sonra isə Almanyada lobya tumurcuqlarından meydana gəldiyi iddia edilib.

Bu səbəbdən, Almaniyanın Kənd Təsərrüfatı Nazirliyi Hamburqda lobya yetişdirən bir təsərrüfatı bağlayıb. Ancaq nümunələr üzərindəki 40 yoxlamadan 23-ü neqativ çıxıb, araşdırmalar isə davam edir.

Virusla bağlı xəstəxanalarda yatanların sayı hər gün artır.

Ağır bağırsaq infeksiyasına səbəb olan EHEC bakteriyasından 23 nəfər ölüb, 2 min 325-i həkim nəzarəti altındadır.

Son olaraq, Almanyanın Aşağı Saksonya əyalətində 2 qadının da EHEC bakteriyasından qaynaqlanan xəstəlik nəticəsində öldüyü bildirilib. Əyaləttə bu virusdan ölənlərin sayı 6-ya çatdığı halda, ölkə miqyasında 534 nəfərin virusa yoluxduğu xəbər verilir.

Almaniyanın Səhiyyə naziri ölkənin şimalındakı xəstəxanaların həmin xəstəliklə əlaqədar həddən artıq yükləndiyini və zor durumda olduğunu etiraf edib.

Digər tərəfdən, Avropa Komissiyasının səhiyyə üzrə nümayəndəsi John Dalli, virusun Almanyanın şimal sərhədlərindən qaynaqlandığını və Avropa miqyasında nəzarətə ehtiyac olmadığını açıqlayıb.

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!