Dünyada » Sionistlər İran-Rusiya əlaqələrini korlamağa çalışırlar

Sionist rejimin baş nazir müavini rəsmi Moskvanı İranla strateji əməkdaşlıqlarını dayandırmağa qane etmək üçün Rusiyaya yollanıb . 


 

 

Qüds Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Moşe Yəalon Moskvaya səfər edib və rusiyalı məsul şəxslər, o cümlədən Rusiyanın xarici işlər naziri və bu ölkənin Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə danışıqlar aparıb.

 

Belə bir halda Sionist rejimin təhlükəsizlik məsələləri üzrə naziri Dan Meridor da Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mənzil-qərargahında silsilə görüşlər keçrib.

 

Bu səylərdən məqsəd İranın nüvə proqramına təzyiqlərin artırılması, habelə Qərb ölkələrinin nüvə proqramında İranı nümunə kimi qəbul etmələrinin qarşısını almaqdır .

 Bu elə bir haldadır ki ,rus rəsmiləri dəfələrlə İranın nüvə silahları düzəltmək ardınca olması haqda heç bir faktın olmadığını vurğulayıblar.

 

 

 

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!