Orta şərq » Əhmdinejaddan türk müxbirə "Türkcə" dərsi

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Tehrandakı mətbuat konfransında maraqlı bir hadisə yaşanıb.

 

İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, jurnalistlərin suallarını cavablandıran Mahmud Əhmədinejad Türkiyə telekanallarının birinin müxbirinin ingilis dilində sual soruşmasına zarafatla cavab verib.

 

Əhmədinejad türk jurnalistin sualına gülə-gülə belə deyib: "Türkcə danış. Hamı anlasın. Türkiyədən gəlmisən ingilis dilində danışırsan".


 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!